Bakıda ağır qəza: yük maşını aşdı, 4 avtomobil toqquşdu - VİDEO

17 Fevral 2020 14:08

Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, qəza Xətai rayonunda Məhəmməd Hadi küçəsində qeydə alınıb. "Bakı Metropoiteni" QSC-nin Həzi Aslanov metrosu yaxınlığında baş verən qəzada 4 minik və bir yük avtomobili toqquşub.

Şahidlərin sözlərinə görə, toqquşmanın gücündən yük maşını yolun hərəkət hissəsinə aşıb. Bu səbəbdən adıçəkilən küçədə tıxac yaranıb. Qəzada xəsarət alanların olduğu da deyilir.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunublar.

Milli.Az