Türkiyədə məktəbə silahlı hücum: yaralılar var

17 Fevral 2020 13:34

Ankarada məktəblərin birində silahlı insident baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, naməlum şəxs məktəbə daxil olaraq odlu silahla direktoru yaralayıb.

O, daha sonra özünə atəş açıb. Hadisənin təfərrüatları barədə digər məlumatlar verilməyib.

Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı cinayət işi açılıb.

Milli.Az