Ən azı 7 klubda qol vuran 12-ci futbolçu

17 Fevral 2020 16:00

Premyer Liqanın XVII turu Rauf Əliyevin daha bir klubda qol hesabını açması ilə əlamətdar olub.

Milli.Az xəbər verir ki, qış fasiləsində "Səbail"ə keçən hücumçu "Qəbələ" ilə ev matçında (3:1) qol sevinci yaşayıb. O, cari mövsümün ilk yarısında "Neftçi"də də fərqlənmişdi.

Rauf əvvəlki mövsümlərdə daha 5 komandada rəqib qapısına yol tapıb. Forvard "Qarabağ", "Bakı", "Xəzər Lənkəran", "Keşlə" və "Qəbələ"də bunu bacarıb.

"Qəbələ"yə vurduğu topla 31 yaşlı futbolçu heyətində fərqləndiyi klubların sayını 7-yə çatdırıb. Rauf Azərbaycan çempionatlarının 28 illik tarixində 7 və daha çox klubda qol vuran 12-ci oyunçudur. Mütləq rekord isə 10 komandada bunu bacaran Kənan Kərimova məxsusdur.

Milli.Az