Ölümcül xəstəliyə görə bunu da etdilər

17 Fevral 2020 22:21

Çin Mərkəzi Bankı (PBOC) koronavirusla bağlı hərəkətə keçib.

Milli.Az xəbər verir ki, istifadə edilmiş banknotlar karantinə alınıb.

Onlar rentgen şüaları ilə dezinfeksiya olunduqdan sonra 7-14 gün müddətində kassalarda saxlanılacaq. Müşahidə müddəti başa çatdıqdan sonra əskinaslar yenidən dövriyyəyə girəcək.

Çin Mərkəzi Bankı sədrinin köməkçisi Fan Yifei karantin müddətinin hər bölgə üçün fərqli olacağını bildirib.

Son məlumata əsasən, "Covid-19" virusu Çində 1666 insanın həyatına son qoyub, 68 min 500 nəfərdə isə yoluxma qeydə alınıb. (publika.az)

Milli.Az