Dişləri ağardan QİDALAR: Ev şəraitində...

5 İyul 2020 23:15

Təbii yolla ev şəraitində dişlərin ağardılması mümkündür.

Milli.Az dişləri ağardan meyvələr və qidaları təqdim edir:

Çiyələk

Gözəl dadı və qoxusu ilə tanınan bu meyvə dişlərin üzərində ləkələrin yaranmasının qarşısını alır. Ancaq çiyələyin tərkibindəki turşu və şəkər diş minasına zərər verə bilər. Bu səbəbdən də yedikdən sonra su içmək və ya ağzı yaxalamaq məsləhətdir.

Portağal

Bu meyvənin qabığının içindən təbii diş məcunu əldə edilir. Həftədə bir neçə dəfə tətbiq edilməsi fayda verər.

Alma sirkəsi və limon suyu

Dişlərin ağardılmasında faydalı olan bu təbii məhsullar tez-tez istifadə olunduqda diş minasına zərər verərək çürüklərin yaranmasının sürətləndirə bilər. Bu səbəbdən də diqqətli şəkildə istifadə olunmalıdır. Ən sağlam ağardıcı məhsullar isə lifli məhsullardır. Dişləri ləkə əmələ gətirən bakteriyalardan təmizləyərək ağız və diş sağlamlığında əhəmiyyətli rol oynayır. Bunlar alma, kök, gül kələm və armud hesab olunur.

Süd

Çənə sümüklərini gücləndirib diş əti xəstəliyindən qoruyur. Kalsium baxımından çox əhəmiyyətlidir.

Qızılbalıq (somon balığı)

Uşaqlarda dişlərin inkişafına çox yardımçı olan bu qida D vitamini və kalsiumla zəngindir.

Portağal və sitrus bitkiləri

C vitamini ilə bol olan bu qidalar dişin sərt təbəqəsini gücləndirir, dişləri turşulara qarşı qoruyur, diş əti iltihabının qarşısını alır, birləşdirici toxumanı gücləndirir, diş ətlərinin sağlam qalmasını təmin edir.

Çiyələk

Təbii diş ağardıcı bu qida C vitamini ilə zəngin olub diş əti sağlamlığını qoruyur.

Su

Ağzın içində yuyucu təsiri əvəzolunmazdır və tüpürcək səviyyəsini yüksək saxlayır.

Brokoli

Antioksidant xüsusiyyəti ilə deyil, dişləri turşuluqdan qoruyan xüsusiyyəti ilə tanınır. Diş minası üzərində müdafiə qalxanı əmələ gətirir.

Küncüt toxumu

Dişlərdə bakteriyaların əmələ gəlməsini azaldır və bu səbəbdən də diş əti sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

Badam və quru meyvələr

Ağızda təmizləyici təsirə malik olub diş əti üzərində ərp təbəqəsinin yaranmasının qarşısını alır. Diş əti sağlamlığı üçün əhəmiyyətlidir.

Adaçayı (sürvə)

Bu təbii məhsulla diş fırçalamaq və qarqara etmək ağız sağlamlığı baxımından çox önəmlidir. (publika.az)

Milli.Az