Qəribə canlı insanları qorxuya salıb - FOTO

17 Fevral 2020 23:00

Meksikada dəniz sahilində gözləri və üzgəci olmayan balıq insanları təşvişə salıb.

Milli.Az xəbər verir ki, Meksikada turistlərin daha çox ziyarət etdiyi Destiladeras sahilində gözləri və üzgəci olmayan balıq peyda olub. Qəribə canlını görən insanlar onun suitinə və delfinə bənzətsələr də, lakin ikisi də deyilmiş. Balığın kəskin iti dişləri və fərqli quyruğu böyük marağa səbəb olub. Balıqçılar iddia edirlər ki, bu canlı növü dənizin dibində yaşayır və hansısa səbəbdən sahilə çıxıb. Balığın növünü tapmaq üçün mütəxəssislər araşdırma işləri aparırlar. (ölkə.az)

Milli.Az