Kamerunda 14-ü uşaq olmaqla 22 nəfər öldürülüb

17 Fevral 2020 08:37

Kamerunun cənub hissəsində silahlı şəxslər 14-ü uşaq olmaqla 22 kənd sakinini qətlə yetiriblər.

Trend-in məlumatına görə, bu barədə "Agency France Presse"in xəbərində deyilir.

Silahlı hücum 14 fevralda baş verib. Ümumilikdə 22 nəfər qətlə yetirilib, onlardan 14-ü azyaşlıdır. Naməlum şəxslər yaşı beşdən aşağı olan doqquz uşağı, hamilə xanımı və yanlarında uşaqları olan iki qadını öldürüblər.

Milli.Az