Avropa çempionatında Azərbaycan güləşçisi ermənini məğlub edərək medal qazandı

17 Fevral 2020 08:04

Azərbaycan sərbəst güləşçisi Camaləddin Məhəmmədov (125 kq) Roma şəhərində keçirilən Avropa çempionatının sonuncu günündə yığmanın ikinci bürünc medalını qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 125 kiloqram çəki dərəcəsində çıxış edən Camaləddin Məhəmmədov əvvəlcə bosniyalı, sonra türkiyəli rəqibinə vaxtından əvvəl qalib gəlib. Lakin dörddəbir finalda Polşa güləşçisinə məğlub olub. Rəqib finaladək irəlilədiyi üçün C.Məhəmmədov mübarizəni fevralın 16-da davam etdirib. Təcrübəli güləşçimiz təsəlliverici görüşdə avstriyalı idmançıdan güclü olub.

Güləşçimiz bürünc medal uğrunda qarşılaşmada Ermənistan təmsilçisi Levan Berianidzeyə qalib gəlib.

Milli.Az