Sevil Mikayılova: "Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi"

16 Fevral 2020 18:55

Münxen Təhlükəsizlik Konfransinda Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan hakimiyyətinin tarixi saxtakarlığını tutarlı faktlar və sənədlərlə bir daha ifşa etdi.

Milli.Az bildirir ki, bunu Trend-ə "Azernews" qəzetinin baş redaktoru Sevil Mikayılova deyib.

S.Mikayılova bildirib ki, Prezident İlham Əliyevin Dağlıq Qarabağın Azərbaycanın əzəli torpağı olduğu və münaqışənin həllinin yalnız və yalnız Azərbaycanın ərazi bütövlüyu çərçivəsində həlli ilə bağlı irəli sürduyu hüquqi baza erməni baş nazir Nikol Paşinyanı çətin duruma saldı:

"Panel müzakirələr zamanı Azərbaycan Prezidentinin həqiqətə söykənən dərin siyası məntiqi qarşısında aciz qalan Paşinyan özünü qorumaq üçün yersiz və gülünc iddialar irəli sürməyə məcbur oldu. Lakin bir dənə də olsun hüquqi cəhətdən əsaslandırılmış fakt ortaya qoya bilmədi. Beləliklə, Prezident İlham Əliyev Dağlıq Qarabağın Azərbaycana məxsus olmasını bir daha yüksək tribunadan beynəlxalq ictimaiyyətə bəyan etdi.

Paşinyan Prezident İlham Əliyev tərəfindən səsləndirilən tarixi həqiqətlər və təqdim etdiyi faktlar qarşısında aciz durumda qaldı. Prezident İlham Əliyev BMT başda olmaqla dünyanın aparıcı beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrdən danışdı və faktlar əsasında göstərdi ki, beynəlxalq birlik işğal faktını pisləyir, Azərbaycanın ərazi bütövlüyünü və ədalətli mövqeyini dəstəkləyir. Prezident İlham Əliyevin BMT başda olmaqla dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının Azərbaycanın ədalətli mövqeyini dəstəkləyən hüquqi sənədləri sadalaması Paşinyana müdafiə olunmaq üçün heç bir şans qoymadı. Hüquq və tarixdən heç bir anlayışı olmayan Paşinyan Azərbaycan Prezidentinin şəxsiyyəti və təcrübəsinin təzyiqi qarşısında vəziyyətdən cıxmaq üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin mahiyyətini təhrif etməkdən başqa çıxış yolu tapmadı".

S.Mikayılova qeyd edib ki, müzakirələr zamanı Paşinyanın Ermənistan və Azərbaycan arasında təxminən 30 ilə yaxın bir müddətdə davam edən sülh danışıqları barədə müfəssəl məlumata malik olmaması üzə çıxdı:

"Nikol Paşinyanın beynəlxalq auditoriyanı çaşdırmaq cəhdləri güclü siyasi məntiq qarşısında heçə endi. Dağlıq Qarabağla bağlı panel müzakirələrinə böyük ambisiyalarla qatılan Paşinyan sonda nəinki ozünün siyasi səbatsızlığını ortaya qoydu, eyni zamanda uzun illər dəyişə bilməyəcəyi yalançı və demaqoq siyasətçi obrazı ilə yadda qaldı. Buradan isə belə məlum oldu ki, o, münaqişənin həllinə dair bu vaxta qədər qəbul olunmuş beynəlxalq sənədlərin mətnini ya dərk etmir, ya da onları əsl ermənisayağı məharətlə dəyişmək arzusundadır.

Azərbaycan Prezidenti hər zaman olduğu kimi əsl həqiqəti beynəlxalq ictimaiyyətə ən yüksək səviyyədə çatdımağa nail oldu və düzgün məlumat almış auditoriya sonda Paşinyanı dinləməkdən belə imtina etdi".

Milli.Az