Bakıda "Toto" ləqəbli narkotacir saxlanıldı

16 Fevral 2020 18:07

Səbail Rayon Polis İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.

Bakı Şəhər Baş Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Səbail RPİ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən - 1986-cı il təvəllüdlü İ.İ-dan 1 kq,285 qram küstar üsülla hazırlanan heroin və digər çəkilərdə fenazpen, fenadiazepin, "Toto" ləqəbli, əvvələr Cinayət Məcəlləsinin müxtəlif maddələri məhkum olunan 1975-ci il təvəllüdlü T.Y-dən 82,217 qram kustar üsulla hazırlanan heroin və 50,108 qram metamfetamin aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Milli.Az