Rafael Ağayevdən daha bir qızıl medal

16 Fevral 2020 17:51

Dubayda Karate 1 Premyer Liqa turnirinin son günündə qızıl medal uğrunda mübarizə aparan Rafael Ağayev çempion olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 75 kq çəki dərəcəsində mübarizə aparan azərbaycanlı karateçi italyan rəqibi Luici Busanı 3:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, Rafaelin qələbəsi ona elə də asan başa gəlməyib. Belə ki, Ağayev yarışın bitməsinə 5 saniyə qalmış 1:2 hesabla uduzsa da, sonda qələbəni hesabına yazdıra bilib.

Milli.Az