Bakıda MSK qarşısında toplaşmağa cəhd edənlər ərazidən uzaqlaşdırılıblar

16 Fevral 2020 16:48

Bu gün bir qrup şəxs əvvəlcədən rəsmi qaydada xəbərdar olunmalarına baxmayaraq saat 15 radələrində Mərkəzi Seçki Komissiyasının inzibati binasının önünə toplaşmağa cəhd edib

Milli.Az bildirir ki, Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, cəhdin qarşısı polis əməkdaşları tərəfindən alınıb və onlar ərazidən kənarlaşdırılıblar.

Bu zaman ciddi qanun pozuntusu qeydə alınmayıb, saxlanılan və xəsarət alan olmayıb.

Milli.Az