23 yaşlı oğlan dəm qazından öldü

16 Fevral 2020 16:28

Bərdədə 23 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Kələntərli kəndində baş verib.

Belə ki, 23 yaşlı kənd sakini İsgəndərov Elməddin İsgəndər oğlu gecə qaz sobasını yanılı qoyaraq yatıb. Nəticədə o, boğularaq ölüb. Onun cansız bədəni ailə üzvləri tərəfindən yataq otağında tapılıb.

Hadisə yerinə hüquq mühafizə orqanları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, E.İsgəndərov ailəli olub, bir qız övladı var.

Milli.Az