Qvardiola "Mançester Siti"dən ayrılacaq?

16 Fevral 2020 15:50

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiolanın yeni mövsümdə harada çalışacağı müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, 2020/21 mövsümündə də "Mançester Siti"də qalacaq. UEFA-nın "şəhərlilərə" 2 mövsüm avrokubok qadağası qoymasına baxmayaraq, 49 yaşlı mütəxəssis klubu tərk etməmək qərarı verib.

Xatırladaq ki, bir müddətdir xarici mediada Qvardiolanın bu mövsümün "Mançester Siti"ni tərk edəcəyinə dair xəbərlər yayılıb.

Milli.Az