Batut gimnastikasında qadınlar arasında fərdi proqramda mükafatçılar məlum oldu

16 Fevral 2020 14:18

Çin gimnastı Syuein Çju Bakıda keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda batut gimnastikasında qadınlar arasında fərdi proqramda qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, o, 55.810 xal yığıb.

İkinci yerdə 54.945 xalla digər Çin gimnastı Lyu Linlin, üçüncü yerdə isə 54.585 xalla kanadalı Samanta Smit qərarlaşıb.

Milli.Az