Azərbaycan aşıq sənətinə itki üz verib

16 Fevral 2020 15:13

Şirvan Aşıq məktəbinin görkəmli nümayəndələrindən olan aşıq Durasən Babayev fevralın 15-də dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, aşıq Durasən Babayev uzun sürən xəstəlikdən vəfat edib. 1949-cu ildə anadan olan aşıq Durasan ömrünün 71-ci baharında yaşadığı evdə vəfat edib.

D. Babayevlə vida mərasimi evində keçiriləcək və o, Qobustan qəsəbəsindəki qəbiristanlıqda dəfn ediləcək.

Allah rəhmət eləsin!

Milli.Az