Erik Dayer klubunu dəyişə bilər

16 Fevral 2020 14:29

"Tottenham"in futbolçusu Erik Dayer yayda komandanı tərk edə bilər.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi klubla müqaviləsini uzatmaq fikrində deyil. İngiltərəli futbolçu Joze Mourinyonun ona oynamaq üçün kifayət qədər şans verməyəcəyindən ehtiyatlanır.

Belə olacağı halda klubun yayda onu satacağı bildirilir.

Qeyd edək ki, müqaviləsinin müddəti 2021-ci ildə başa çatacaq Dayer 2014-cü ildən "Tottenham"də çıxış edir.

Milli.Az