Yağış yağacaq, güclü külək əsəcək - HAVA PROQNOZU

16 Fevral 2020 13:01

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Milli.Az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacağı, çiskinli yağış yağacağı ehtimalı var.

Arabir güclənən mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  gecə 3-6° isti, gündüz  7-10° isti, Bakıda  gecə 3-5° isti, gündüz  8-10° isti olacaq.

Atmosfer  təzyiqi  normadan yüksək 775 mm civə sütunu təşkil edəcək.  Nisbi rütubət gecə 80-90%, gündüz  60-70% olacaq. 

Yanvarın 17-də Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman olacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.  Havanın temperaturu  gecə 3° şaxtadan 2°-dək  isti, gündüz  5-10°  isti,  dağlarda gecə 5-10° şaxta, gündüz  0-5° şaxta olacaq.

Milli.Az