Azərbaycanlı qadın Türkiyədə intihar etdi

16 Fevral 2020 13:51

Türkiyədə azərbaycanlı qadının meyiti tapılıb.  

Milli.Az musavat.com-a istinadən bildirir ki, hadisə Manisanın Turqutlu rayonunda baş verib.  

Bildirilib ki, tapılan meyit 27 yaşlı Natella Rüstəmovaya məxsus olub.  

İlkin ehtimallara görə, o, yaşadığı evin tavanından özünü asaraq, intihar edib. Bir uşaq anasının cəsədini işdən evə qayıdan həyat yoldaşı aşkarlayıb.  

Hadisənin səbəbləri məlum deyil.

Milli.Az