Ankarada xristian qəbirləri təhqir edildi

16 Fevral 2020 13:45

Türkiyənin Ankara şəhərində yerləşən Ortaköy qəbiristanlığında vandallar 20 xristian qəbrini təhqir ediblər.

Milli.Az bildirir ki, "Qafqazinfo"nun "Rossiya 24" telekanalına istinadən məlumatına görə, cinayəti törədənlər 16-17 yaşlı yeniyetmələrdir. Onlar qəbiristanlığın qeyri-müsəlman hissəsindəki qəbirləri sındırıb. Bəzi plitələrin üzərinə rus soyadları olub.

Vandallar polis tərəfindən saxlanılıb. Cinayətkarlar vurduqları zərərin məbləğini mərhumların yaxınlarına ödəməli olacaq.

Milli.Az