"Güldür Güldür Show" şousu zamanı atışma: ölən var

16 Fevral 2020 10:33

Berlində baş verən atışmada 1 nəfər öldü, daha 4 nəfər yaralanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə "Local" portalı polisin mətbuat katibinə istinadən bildirib.

Məlumata əsasən, atışma Berlinin Krotseberq rayonunda Türk komediya şousu "Güldür Güldür Show"nun keçirildiyi Tempodrom konsert və idman zalı yaxınlığında baş verib.

Bütün ziyarətçilər arxa və yan qapılardan təxliyə ediliblər.

Hadisə nəticəsində 42 yaşında bir kişi həlak olub. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Milli.Az