Bakıda sərnişin avtobusu piyadanı vurub

15 Fevral 2020 23:33

Bakının Sabunçu rayonunda yol nəqliyyat hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Sabunçu bazarının yaxınlığında baş verib.

Təxminən 40-45 yaşlı kişi yol kənarında hərəkətdə olan zaman onu 172 nömrəli marşut xətti üzrə hərəkət edən sərnişin avtobusu vurub.

Yaralı 3 saylı şəhər xəstəxanasına çatdırılıb. Hazırda xəsarət alan şəxsin kimliyi müəyyənləşdirilir.

Milli.Az