Tovuzda dəm qazından zəhərlənmə olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb. 1971-ci il təvəllüdlü Məmmədova Təranə Qəhrəman qızı yaşadığı evdə vanna otağında dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.
Milli.Az