MSK sədrinin müavini: "Bəzi namizədlər cəmiyyəti çaşdırır"

15 Fevral 2020 14:15

Bəzi namizədlər seçilməmələri ilə bağlı emosiyalarını müxtəlif formalarda ifadə edir. Bəzi namzədlər isə öz fikirlərini cəmiyyəti çaşdıracaq formada ifadə edirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov MSK-nın bu gün keçirilən iclasında deyib.

O bildirib ki, bəzi namizədlər iddia edirlər ki, MSK onların müracətinə baxmayıb: "Ancaq bu yalnışdır, MSK daxil olan bütün müraciətlərə baxır, hətta MSK baxmalı olmadığı müraciətlərə də daxil olduğu halda baxıb qərar verir".

Milli.Az