"Oğlanla göz-gözə baxıram, qayıtdı ki, mən evliyəm" - Zümrüd

15 Fevral 2020 17:52

Aparıcı Zümrüd Bədəlova avtomobil qəzası keçirib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu haqda o, "Şən bazar" verilişində danışıb. Zümrüd deyib ki, Sevgililər günü onun üçün uğurlu keçməyib:

"Səhər işə gəlirdim, maşınımı "Xəzər"in dayanacağına saldım. İçəri girəndə başqa maşına çırpıldım. Günah məndə idi, sürətlə sürürdüm. Yazıq qarşı tərəfin maşınının qabağı yox oldu.

Onun da Sevgililər gününü pis hala saldım. Heç vaxt sürətli maşın sürmümrəm. Amma dünən kefim yaxşı idi, bilmirəm niyə oldu.

Düşdüm maşından oğlanla göz-gözə baxıram. Deyirəm, filmlərdəki kimi bəlkə bir təsadüfdür. Qayıtdı ki, mən evliyəm".

Milli.Az