"Maybach"ın fatihəsi verilir

28 Noyabr 2011 16:21
Bu model ən bahalı avtomobillər bazarında "Rolls-Royce" və "Bentley" markaları ilə rəqabət apara bilmədi.

Milli.Az xəbər portalı "Auto Bild"ə istinadən bildirir ki, "Daimler AG" bundan sonra əsas diqqəti "Mercedes" markalı avtomobillərin lüks variantlarının istehsalına yönəldəcək.

"Daimler AG"-nin rəhbəri Diter Setşe "Frankfurter Allgemeine Zeitung"a verdiyi müsahibəsində bildirib ki, qərar uzun-uzadı diskussiyalardan sonra qəbul olunub.

Milli.Az