Netflix-dən çoxdan gözlənilən addım - VİDEO

18 Fevral 2020 23:45

"Netflix" deyiləndə ilk ağla gələn seriallardan olan elmi-fantastik "Stranger Things"in uzun müddətdir gözlənilən 4-cü mövsümünün treyleri yayımlanıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, mövsümün nə vaxt yayımlanacağı hələlik açıqlanmayıb.

Qeyd edək ki, bundan əvvəl serialın ssenari müəlliflərindən olan Daffer qardaşları ekran əsərinin dördüncü və ya beşinci mövsümdə yekunlaşacağını bildirmişdilər.

Treylerdə gözlənilən mövsüm barədə çox detal yoxdur. Ancak serialda cərəyan edən hadisələrin İndiana ştatındakı qurama Houkins qəsəbəsindən kənara çıxacağı dəqiqləşib. Ekran işində Rusiyada dəmiryolu inşa edən bir qrup fəhlədən bəhs edildiyi aşkardır. "Netfilix"dən də hadisələrin Rusiyada baş verdiyi barədə açıqlama verilib.

Netflix Türkiyə-nin YouTube kanalında yayımlanan treylerdə "Rusiyadan sevgilərlə..." ifadəsinə yer verilib. "Stranger Things" istehsalçıları 3-cü mövsümdəki dramatik finaldan sonra əsas qəhrəmanların birinin sağ qala biləcəyinə işarə etmişdilər. Təxminlər doğru çıxıb: Cim Hopper 4-cü mövsümün treylerində gözə dəyir.

Milli.Az