Apple Koronavirusa qarşı: Çindəki mağazalar yenidən açılır

18 Fevral 2020 21:40

Apple-ın Çindəki qacet mağazaları yenidən fəaliyyətə başlayır.

Milli.Az ted.az-a istinadən bildirir ki, Apple Pekin şəhərində qacet mağazalarını istifadəyə verəcək.

"Apple Pekindəki 5 mağazasını yenidən istifadəyə verir. Mağazanın iş qrafiki dəyişdirilib", - deyə şirkətdən bildirilib.

Sözügedən mağazalar saat 11:00-dan 18:00-dək işləyəcək.

Xatırladaq ki, mağazaların işi koronovirusa görə müvəqqəti olaraq dayandırılmışdı.

Milli.Az