"Qarabağ"la oyunda geyindiyi formanı muzeyə hədiyyə etdi - FOTO

15 Fevral 2020 13:39

APOEL-in futbolçusu Giorqos Merkis Avropa Liqasının qrup mərhələsində "Qarabağ"a qarşı Bakıdakı oyunda geyindiyi formanı komandasının Nikosiyada yerləşən muzeyinə bağışlayıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı yunanıstanlı müdafiəçi özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

Muzeydə gördüklərindən məmnun qalan Merkis yerli azarkeşləri də oranı ziyarət etməyə çağırıb: "Qarabağ"la oyunda əynimdə daşıdığım formanı APOEL-in muzeyinə verdiyim üçün qürur hissi keçirdim. Bütün azarkeşlərimizi bu gözəl məkanı görməyə dəvət edirəm".

"Qarabağ" və APOEL komandaları arasında oktyabrın 24-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilmiş həmin oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Milli.Az