İştirak et və qazan! - Batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun tamaşaçıları üçün SÜRPRİZ

15 Fevral 2020 11:17

15 və 16 fevral batut gimnastikası üzrə Dünya Kuboku zamanı tamaşaçılara maraqlı viktorina təqdim olunacaq. Belə ki, Milli Gimnastika Arenasında yarış zalındakı böyük ekranda QR kod nümayiş etdiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, tamaşaçılar bu kodu öz mobil telefonlarının kamerası vasitəsilə skan edərək, açılan səhifədəki sualları cavablandıra biləcəklər. Sualları ən tez və düzgün cavablandırmış şəxs hədiyyələr qazanacaq.

Sabah isə AGF-nin "Facebook" səhifəsindən QR kodu yükləyərək bazar günü keçirilən viktorinanın suallarını cavablandıra bilərsiniz. Viktorina finalçılarla bağlı olacaq. 6 kateqoriya üzrə finalçıların sırasından qalibləri ən tez və ən çox tapmış şəxs Azərbaycan Gimnastika Federasiyasının təqdim etdiyi 2 "Mövsümi Bilet" qazanacaq. Bu biletlərlə həmin şəxslər 2020-ci il ərzində Milli Gimnastika Arenasında keçirilən bütün gimnastika yarışlarını onlara məxsus oturacaqlardan izləmək şansı əldə edirlər.

Lakin burada ƏSAS ŞƏRT qalib şəxsin yarışın final günü Arenada iştirakıdır.

Milli.Az