Haland Bundesliqada ayın ən yaxşısı seçildi

15 Fevral 2020 12:24

Almaniya Bundesliqasında yanvar ayının ən yaxşı futbolçusu müəyyənləşib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu, "Borussiya Dortmund"un hücumçusu Erlinq Halanddır.

Bu barədə Bundesliqanın rəsmi saytı məlumat yayıb. Norveçli hücumçu "Borussiya"ya yanvarın 18-də transfer olunsa da, qısa müddət ərzində bu komandanın heyətində özünü ən yaxşı tərəfdən göstərməyi bacarıb. Belə ki, Almaniya çempionatında 4 oyuna çıxan gənc forvard 7 qola, 1 məhsuldar ötürməyə imza atıb.

Milli.Az