Sevgili axtaranlara 7 QIZIL MƏSLƏHƏT

17 Fevral 2020 01:30

14 fevral sevgililər günündə yalnız olan insanlar xüsusilə təkliyi daha çox problem edirlər. Buna görə də məşhur yazıçılardan biri sevgili tapmağın 7 qaydasını oxucuları ilə bölüşüb.

Milli.Az xəbər verir ki, statistikaya görə, dünyada 240 milyon insan öz sevgisini sosial mediada və internetdə axtarır. Lakin bir çoxları bu hədəfinə nail ola bilmir. "The man diet" kitabının müəllifi Zoya Strimpel və  ailəvmünasibəti psixoloqu Suzi Hayman insanlara sevgili tapmağın qaydalarını açıqlayıblar.

1 - Münasibət istəmirsinizsə bunu vəzifə kimi düşünməyin

Əgər qarşınızdakı insanı istəmirsinizsə əlaqənizi dayandırın. Sınamağa davam etməyin, nəticələri daha ağır ola bilər. 

2 - Hisslərinizə güvənin

Əgər qarşınızdakı insana güvənmirsizsə, dərhal ondan uzaqlaşın. 

3 - Çox mesaj yazmaqdan çəkinin

Bir neçə dəfə baş tutan söhbət, gün içində boş-boş danışmaqdan daha əlverişli hesab olunur. 

4 - İnsanların çox olduğu yerdə biri ilə tanış olma şansınız daha yüksəkdir

Sizin insanların çox olduğu yerdə biri ilə tanış olmaq şansınız daha yüksəkdir, nəinki tənha məkanlarda.

5 - Ətrafınıza diqqətlə nəzər salın

Əgər özünüzə sevgili namizədi axtarırsınızsa, yaxın çevrənizə və dost əhatənizə baxmalısınız. Bəlkə də dostlarınız sizi kiminləsə tanış edə bilər. 

6 - Mühitə uyğunlaşmağı bacarın

''Mənim zövqümdə deyil'', ''Mən bunu bacarmaram'', ''Yola gedə bilmərəm'' məzmunlu cümlələrdən uzaq olun.

7 - Diqqətli olun.

Əgər ilk görüşdə qarşı tərəf sizdən pul istəyirsə və ya görüşləri tez-tez təxirə salırsa, həmin insandan mütləq şəkildə uzaqlaşmaq lazımdır. (ölkə.az)

Milli.Az