Zabitin növbəti döyüşü Bakıda olacaq

15 Fevral 2020 10:54

Azərbaycanlı kikboksçu, "Axmat" klubunun üzvü Zabit Səmədovun növbəti döyüşünün vaxtı bilinib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bu haqda özünün İnstaqram səhifəsində məlumat verib.

Britaniyalı Ceyms Maksviniyə qarşı döyüş aprelin 11-də Heydər Əliyev adına İdman Kompleksində olacaq. Döyüş MixFight Chanpionship turniri çərçivəsində keçiriləcək.

Milli.Az