Bakıda itkin düşmüş 3 nəfər tapıldı

15 Fevral 2020 10:24

Paytaxtın polis orqanları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 14-də 47 cinayətin üstü açılıb. Onlardan 20-si əvvəlki dövrlərdən bağlı olan cinayətlərdir.

Milli.Az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olduğuna görə ümumilikdə 36 nəfər saxlanılıb.

Narkotiklərlə əlaqəli 5, oğurluq üzrə 12 fakt müəyyən edilib. İtkin düşmüş kim axtarışı elan olunan 3 nəfər tapılaraq ailəsinə təhvil verilib.

Hər bir fakt üzrə müvafiq idarə, şöbə və bölmələrdə araşdırmalar davam etdirilir.

Milli.Az