“Traktor” 3 xalı 3 qolla qazandı

15 Fevral 2020 10:19

Futbol üzrə İran çempionatında 20-ci turun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən "Traktor"la "Maşinsazi" də növbəti matçına çıxıb.

"Traktorçular" doğma meydanda "Saypa" ilə qarşılaşıb və qələbə qazanıb - 3:1.

Təbrizin digər təmsilçisi "Maşinsazi" isə səfərdə "Şahin Buşəhr"lə üz-üzə gəlib və bu oyundan məğlub ayrılıb - 1:3.

"Traktor" hazırda 37 xalla 16 kollektiv arasında 2-ci, "Maşinsazi" isə 24 xalla 9-cu pillədə qərarlaşıb.

Milli.Az