Türkiyənin 3 iri şəhərindən Azərbaycana ixracın həcmi açıqlandı

15 Fevral 2020 09:39

İstanbul, Ankara və İzmirdən Azərbaycana ixracın həcmi 2020-ci ilin yanvar ayında 80,658 milyon dollar təşkil edib.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən xəbər verilib.

Məlumata əsasən, qeyd edilən dövr ərzində İstanbuldan Azərbaycana ixrac 2019-cu ilin yanvar ayı ilə müqayisədə 45,49 faiz artaraq 69,667 milyon dollar təşkil edib.

"2020-ci ilin yanvarında Ankaradan Azərbaycana ixrac 2019-cu ilin cari dövrü ilə müqayisədə 8,61 faiz azalaraq 6,310 milyon dollar təşkil edib", - deyə Nazirliyin məlumatında deyilir.

Bildirilir ki, bu ilin yanvar ayında İzmirdən Azərbaycana ixrac 2019-cu ilin analoji dövrü ilə müqayisədə 7,37 faiz artaraq 4,681 milyon dollar olub.

Qurumun məlumatında qeyd edilir ki, 2020-ci ilin yanvar ayında Türkiyədən Azərbaycana ixrac 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33,58 faiz artaraq 118,318 milyon dollar təşkil edib.

Milli.Az