Zaqatalada "Mercedes" yanıb

15 Fevral 2020 10:04

Zaqatala rayonunun Aşağı Tala kəndində "Mercedes" markalı minik avtomobilinin salonu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az