Talıb Talehin toyunu gözləyənlərə PİS XƏBƏR - Bu vaxta kimi gizlədib - FOTO

15 Fevral 2020 09:29

Talıb Tale nişanını qaytarıb.

Milli.Az xəbər verir ki, bunun üstü "5/5"də aparıcı Zaur Kamalın müğənniyə ünvanladığı "Yalandır, doğrudur? Nİşanı qaytarmısan?" sualından sonra açılıb.

Talıb aparıcının sözlərini təsdiqləyib:

"Bəli, qaytarmışam. Artıq xeyli müddətdir, bu vaxta kimi gizlətməyimin səbəbi də çalışırdım ki, söz-söhbətə səbəb olmasın. Sadəcə olaraq xarakterimiz tutmadı. Haradasa il yarımdan çox nişanlı qaldıq. 2019-un payızından nişanı qaytarmışam".

Ailə qurmaq üçün qız axtarışında olduğunu bildirən müğənni gənclərə tövsiyə də verib:

"Belə şeylərlə qarşılaşmamaq üçün, çalışın tez ailə qurun".

Xatırladaq ki, 39 yaşlı sənətçi 2018-ci ilin mayında öz qohumu ilə nişanlanmışdı.

Məhəmməd Vaqif
Milli.Az