"Qarabağ" "Zirə"yə, "Sumqayıt" "Sabah"a qarşı

15 Fevral 2020 09:54

Bu gün Azərbaycan Premyer Liqasında 17-ci tura start veriləcək.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə lider "Qarabağ" səfərdə "Zirə" ilə qarşılaşacaq.

"Sumqayıt" isə "Sabah"ı qəbul edəcək.

Qeyd edək ki, tura sabah keçiriləcək 2 görüşlə yekun vurulacaq.

15 fevral

15:00. "Zirə" -" Qarabağ"
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu

17:00. "Sumqayıt" - "Sabah"
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Fərid Hacıyev
"Kapital Bank Arena"

16 fevral

16:30. "Səbail" - "Qəbələ"
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, Fərid Hacıyev
"ASCO Arena"

19:00. "Neftçi" - "Keşlə"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
"Bakcell Arena"

Milli.Az