Masallıda iki mərtəbəli ev yanıb

15 Fevral 2020 09:09

Masallı rayonunun Ərkivan qəsəbəsində ümumi sahəsi 260 m² olan ikimərtəbəli evin yanar konstruksiyaları 210 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az