Bakıda gecə klubunda dava düşüb, xəsarət alan var

15 Fevral 2020 08:11

Bakının Xətai rayonunda döyülmə hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə gecə klublarının birində qeydə alınıb.

1985-ci il təvəllüdlü Vəliyev Gülverdi Rəfael oğlu tanımadığı şəxslərlə mübahisə zamanı döyülüb. O, ağır bədən xəsarətləri alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.

Milli.Az