ABŞ Avropadan idxal olunan təyyarələrə rüsumu 5 faiz artırdı

15 Fevral 2020 07:05

Vaşinqton Avropadan idxal edilən təyyarələrə rüsumu 10 faizdən 15 faizə qədər artırdı.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ-ın ticarət təmsilçisinin açıqlamasında bildirilir.

Açıqlamada deyilir: "ABŞ 18 Mart 2020 tarixindən etibarən Avropa İttifaqından (Aİ) idxal edilən təyyarələrə gömrük rüsumlarını 10 faizdən 15 faizə qaldırır."

Son dəfə bənzər artımlar 2018-ci ilin birinci yarısında Aİ-dan ABŞ-a idxal edilən polad və alüminium məhsullarının gömrük rüsumlarının artırılması idi (müvafiq olaraq 25 və 10 faiz).

Milli.Az