İti vurmaq istədi, güllə uşağa dəydi

14 Fevral 2020 23:01

Rusiyanın Kabarda-Balkariya Respublikasında itə atəş açmaq istəyən şəxs güllə ilə 7 yaşlı qızı başından vurub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, insident Zolukokoaj kəndində baş verib. Ov tüfəngi ilə iti öldürmək istəyən kənd sakininin atdığı güllə azyaşlıya dəyib. Əməliyyat olunan uşağın başından 7,62 mm kalibr güllə çıxarılıb.

Hadisəyə səbəb olan şəxs isə itə deyil, havaya atəş açdığını iddia edib. Araşdırmalardan sonra məsələyə hüquqi qiymət veriləcək.

Milli.Az