"Mançester Siti"yə ŞOK cəza - Avrokuboklardan kənarlaşdırıldı

14 Fevral 2020 22:55

UEFA "Mançester Siti"yə ağır cəza tətbiq edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, İngiltərə təmsilçisi iki mövsümlük avrokuboklarından kənarlaşdırılıb. 

Buna klubun maliyyə feyr-pley qaydalarını pozması səbəb olub. Cəzanın 2020/2021 və 2021/20222 mövsümlərini əhatə etdiyi bildirilib. 

Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

Qeyd edək ki, "Mançester Siti"nin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edə biləcəyi vurğulanıb.

Milli.Az