Banqkokda silahlı şəxs kütlənin üzərinə atəş açıb

14 Fevral 2020 21:42

Tailandın paytaxtı Banqkokda silahlı şəxs kütlənin üzərinə 40 dəfə atəş açıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, səhər saatlarında baş verən insident zamanı 44 yaşlı kişi əvvəlcə havaya, sonra bölgədə olan insanlara atəş açıb.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir. İnsident yerinə gələn polis silahlı şəxsi saxlayıb.

Məlum olub ki, insidentdən əvvəl kişi evdə həyat yoldaşı ilə mübahisə edib və daha sonra odlu silahla evi tərk edib.

Milli.Az