Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr açıqlanıb - TOP-5

14 Fevral 2020 21:38

Koronavirusun dünya iqtisadiyyatına mənfi təsiri müşahidə olunur ki, mütəxəssislər bunun davamlı olacağını proqnozlaşdırır.

Milli.Az APA-ya istinadən bildirir ki, epidemiya müxtəlif sahələr təsir edib - avtomobil istehsalından tutmuş turizmə qədər. Fond bazarlarına həmçinin, belə ki, Çin iqtisadiyyatı qlobal iqtisadiyyatın 1/6 hissəsini təşkil edir və demək olar ki, bütün sahələrə əhəmiyyətli dərəcədə təsir göstərir.

Koronavirusun ən çox zərər vurduğu iqtisadi sahələr:

Təchizat zənciri

Bir çox şirkətlər virusun yayılması ilə əlaqədar Çinin tətbiq etdiyi giriş məhdudiyyətlərinə görə Çin müəssisələrində istehsalını dayandırmaq məcburiyyətində qaldı. Bunlardan "Airbus", "Toyota", "General Motors", "Honda" və "Volkswagen" şirkətlərini qeyd etmək olar.

Turizm

Son illərdə dünya üzrə səyahət edən çinli turistlərin sayı kəskin şəkildə artmışdı. Əgər 2000-ci ildə çinli turistlərin sayı cəmi 10,5 mln. idisə, 2018-ci ildə bu rəqəm 150 mln. nəfərə çatdı. Bu, turizmin koronavirusun ən çox zərər vurduğu sahələrdən biridir. Belə ki, bir çox ölkə Çinə səyahətləri qadağan edib. Bununla yanaşı, bir sıra aviaşirkət Çinə uçuşları dayandırıb və ya sayını azaldıb. Bunun nəticəsində Çindəki hotellər də zərər çəkir.

Gözəllik sənayesi

"UBS Bank"ın mütəxəssisləri qeyd edir ki, gözəllik sənayesində koronavirusun baş verməsi səbəbindən ciddi bir böhran təhlükəsi yarana bilər. Belə ki, bu sektor pərakəndə müştərilərdən çox asılıdır və bu da öz növbəsində Çin bazarının əhəmiyyətli bir paya sahib olması anlamına gəlir, çünki Çin istehlakçıları dünyada ən fəallardan biri sayılır.

Lüks geyim sənayesi

"Burberry" və bu kateqoriyadakı digər lüks brendlər Çindəki fəaliyyətlərinin koronavirusun yayılması davam edəcəyi təqdirdə əhəmiyyətli dərəcədə pisləşə biləcəyini qeyd edir. Çindəki 64 "Burberry" mağazasından 24-ü virus səbəbindən müvəqqəti bağlanıb. UBS-n analitikləri də virusun bütün lüks məhsullara mənfi təsirini qeyd edirlər.

Alkoqollu içkilər

Epidemiyanın mənfi təsirini hiss edən digər bir sahə alkoqollu içkilər sektorudur. UBS analitikləri qeyd edir ki, "Brown-Forman", "Diageo", "Pernod Ricard" və "Rémy Martin" ən həssas brendlər hesab olunur. Bankın mütəxəssislərinin hazırladığı hesabatda qeyd olunur ki, beynəlxalq səyahətlərin sayının azalması səbəbindən "Asia Duty Free"də sözügedən alkoqol brendlərinin satışı azalıb. Bundan başqa, Honkonqdakı etirazlar da bu bazara mənfi təsir edib. "Moody's"in analitikləri hesab edir ki, virusun yayılmasının Çində Avropa spirtli içkilərinin istehlakına mənfi təsir göstərəcəyini düşünürlər. Belə ki, Çin Avropa istehsalı olan alkoqollu içkilərin realizəsi üçün ən böyük bazarlardan biridir.

Milli.Az