Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb - FOTO

14 Fevral 2020 18:30

Fevralın 14-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva onkoloji xəstəlikdən əziyyət çəkən uşaqlarla görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Milli Onkologiya Mərkəzinin nəzdindəki Uşaq Onkologiya Klinikasında keçirilən görüş zamanı Leyla Əliyeva uşaqların səhhəti və müalicələrinin gedişi ilə maraqlanıb.

Klinikada müalicə olunan uşaqlara hədiyyələr təqdim edilib.

Milli.Az