Təhsil Nazirliyi: Məktəblərdə vakant direktor yerlərinin sayı kifayət qədər azalıb

14 Fevral 2020 20:36

"Aparılan islahatlar nəticəsində artıq ümumtəhsil müəssisələrində vakant direktor yerlərinin sayı kifayət qədər azalıb".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, 2019-cu ildə 400-ə yaxın vakant direktor vəzifəsinə işə qəbul üçün müsabiqə élan edilib:

"Amma əvvəl bu say 700-dən çox idi. Burada söhbət yalnız vakant olan direktor vəzifələrinə olan təyinatdan getmir. Eyni zamanda, keyfiyyət dəyişiklikləri də baş verib".

Milli.Az