Həbsxanadan belə qaçış ancaq filmlərdə olur - FOTO

14 Fevral 2020 20:39

ABŞ-ın Corciya ştatında bir məhbus filmlərdə istifadə olunan üsullardan istifadə etməklə həbsxanadan qaçıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, 34 yaşlı Qreqori Kit Uayyet qaçmaq üçün asma tavandakı lampa yerindən istifadə edib. Bundan sonra o, boruları yerləşdirmək üçün ayrılan xüsusi boşluqla irəliləyib, bir az sonra isə həbsxanadan çıxış yolunu tapıb.

Azadlığa çıxdıqdan sonra o, Alabama ştatındakı Talladeqa şəhərinə yollanıb.

Ancaq Uayyetin azadlığı uzun çəkməyib. Belə ki, o, qaçışdan bir gün sonra yenidən həbs olunub.

Milli.Az