Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib

14 Fevral 2020 17:27

Azərbaycan Milli Elmlər Akademiyası Neft və Qaz İnstitutunun direktoru vəzifəsindən azad edilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, AMEA-nın Rəyasət Heyətinin iclasında akademik İbrahim Quliyev öz ərizəsi ilə institutun direktoru vəzifəsindən azad edilib.

İnstitutun direktoru vəzifəsinin icrası akademik Fəxrəddin Qədirova həvalə edilib.

Milli.Az